Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Nəsirli Vüsal İbrahim oğlu

Lənkəran Regional Mədəniyyət İdarəsi

Rəis

         Nəsirli Vüsal İbrahim oğlu 27 iyul 1982-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1988-1999-cu illərdə M.Bağırov adına Lənkəran şəhər 1 nömrəli orta ümumtəhsil məktəbində, 1992-1997-ci illər ərzində isə həmçinin C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli musiqi məktəbində təhsil almışdır. 1999-2003-cü illlər ərzində Lənkəran Dövlət Universitetinin tarix və ictimaiyyət fakültəsində təhsil almışdır. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin tarix və ictimaiyyət fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2003-2005-ci illər ərzində Lənkəran Dövlət Universitetinin magistraturasında təhsil almış və 2005-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Eyni zamanda, ali təhsil ocağında oxuduğu müddət ərzində, Lənkəran Dövlət Universitetinin orqanı olan “LDU-press” qəzetinin redaktoru işləmişdir. Həmçinin Gənclər Təşkilatında ictimai fəaliyyət göstərmiş, bir sıra forum və konfransların iştirakçısı olmuşdur. 2005-2006-cı illər ərzində ordu sıralarında – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Fəxri Qaravol və Sülhməramlı Qüvvələr bölüyündə müddətli hərbi xidmətdə olmuşdur. 2007-2010-cu illər ərzində Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsində, 2010-2012-ci illərdə Lənkəran şəhər Gənclər və İdman İdarəsində rəis müavini vəzifəsində işləmişdir. 2012-2013-cü illərdə Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2015-2016-cı illərdə Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2017-ci ilin yanvar ayından Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində çalışır. 2013-2016-ci illərdə Azərbaycan Respublkası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması” fakültəsinin magistraturasında təhsil almış və 2016-cı ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.           

Telefon: (02525)5-48-01

Faks: (02525)5-48-01

E-poçt: vusalnesirli@gmail.com

Qəbul günləri: Cümə günü: saat 10-00 dan - 13-00-dək