Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Bayramov Şadoğlan Xanoğlan oğlu

Lənkəran Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Astara rayonu üzrə)

Bayramov Şadoğlan Xanoğlan oğlu 8 may 1960-cı ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olmuşdur. 1976-cı ildə Şiyəkəran kənd orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra Lənkəran orta-ixtisas musiqi məktəbinə daxil olmuş, həmin məktəbi 1980-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1980-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1985-ci ildə Konservatoriyanın tar ixtisası üzrə tam kursunu fərqlənmə diplomu ilə bitirmişdir 1985-ci ilin sentyabr-noyabr aylarında Astara uşaq-musiqi məktəbində ixtisası üzrə müəllim işləmiş,1985-1987-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra musiqi məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1997-2004-cü illər ərzində Astara rayon Uşaq Musiqi Məktəbinin direrktoru vəzifəsində çalışmışdır. 2004-2016-cı illər ərzində Astara rayon Mədəniyyət şöbəsinin, 2006-cı ildən 2016-cı illər ərzində Astara rayon Mədəniyyət və Turizm şöbəsinin müdri vəzifəsində çalışmışdır. 2017-ci ilin yanvar ayından Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsində baş məsləhətçi (Astara rayonu üzrə nümayəndə) vəzifəsində çalışır.  

E-poçt: medeniyyet-07@mail.ru