27.07.2018
Yay mövsümü ilə əlaqədar 27 iyul 2018-ci il tarixdə Astara rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Dənizkənarı Park-Bulvarda səyyar kitabxana xidməti təşkil olunmuşdur.
Rayon sakinlərinin, eləcə də gənclərin asudə vaxtının səmərəli təşkili, istirahət saatlarının mənalı keçirilməsi və kitabxanalara daha çox oxucu cəlb edilməsi məqsədilə təşkil olunmuş səyyar xidmət zamanı yerli və xarici yazarların detektiv janrda yazılmış kitabları nümayiş olunmuşdur.
Bu təşəbbüs Dənizkənarı Park-Bulvarda rayon sakinləri və yerli turistlər tərəfindən maraqla qarşılanıb.