Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəran şəhər MKS-ı ”Evdə xidmət” layihəsi adlı sərgi keçirildi.

27.07.2018

Lənkəran şəhər MKS-inin direktoru Nuranə Nəsirova və kitabxananın digər əməkdaşları 27.07.2018-ci il tarixində "Evdə xidmət" layihəsi əsasında Gözdən Əlillər Təşkilatının sədri, eyni zamanda C.Cabbarlı adına 1 saylı Uşaq Musiqi məktəbində müəllim işləyən Məmmədli Pərviz Natiq oğlunun evində oldular. Kitabxananın fəal oxucuları olan ailənin digər üzvləri də isti yay günündə gedib onlara səyyar xidmət göstərdiyimizdən razı qaldıqlarını bildirdilər. Xidmət zamanı gözdən əlillər üçün olan kitab və səsli disklər aparmağımız onları çox sevindirdi. Səyyar xidmət xatirə şəkillərinin çəkilməsilə yekunlaşdı.