Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Masallı Regional Mədəniyyət İdarəsi Astara rayonunda konsert proqramı təşkil etmişdir

06.11.2018

Mədəniyyət Nazirliyinin 15 regional idarəsini təmsil edən rayonlar arasında əlaqələrin genişləndirilməsi, mədəniyyətimizin geniş təbliği və tanıdılması ilə əlaqədar konsertlər təşkil olunur.

 Bununla əlaqədar olaraq noyabrın 6-da Masallı Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Yardımlı, Masallı və Cəlilabad rayonlarının musiqi kollektivləri Astara Rayon Mədəniyyət Mərkəzində geniş konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayev, Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qızbəs Məmmədova, Mədəniyyət Nazirliyinin regional siyasət şöbəsinin məsul işçisi Əlisultan Sadıxov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Konsertdə “Halay” folklor və “Halay” veteranlar xalq kollektivləri, Masallı İncəsənət Məktəbinin rəqs qrupu, Masallı Rayon Mədəniyyət Mərkəzinin solistlərinin çıxışları alqışlarla qarşılanıb.

Tədbir Masallı Mədəniyyət Mərkəzinin solisti Atamoğlan Zahidovun ifasında “Xalq Heydər söyləyəcək” mahnısı ilə başa çatıb.

Qeyd edək ki, noyabrın 5-də isə Astara Mədəniyyət Mərkəzinin incəsənət ustaları Biləsuvar şəhərində geniş konsert proqramı ilə çıxış ediblər.

 

197.8 KB

 

218.3 KB

 

199.1 KB