Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəran Regional Mədəniyyət İdarəsi Biləsuvar şəhərində konsert proqramı ilə çıxış etmişdir

05.11.2018

Azərbaycan Respublikasının Mədəniyyət  regionlar arası keçirilən mədəni tədbirlər çərçivəsində ilk konsert Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən Biləsuvar şəhərində təşkil edilmişdir.  Astara rayon Mədəniyyət Mərkəzinin  “Sevinc“ mahnı və rəqs ansambılı rəhbərliyi altında “Cənub” rəqs qrupunun, Aşıq Elxan Şindanlının Nadirə Rövşənqızının,. Emil Tağıyevin, Təhminə Mahmudovanın, Elvin Məlikovun, Solmaz Dadaşovanın, Elyana Məhərrəmlinin, Fəxrəddin Məmmədovun ifa etdiyi mahnılar alqışlarla qarşılanıb.

Tədbirdə Biləsuvar rayon İcra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Mədəniyyət Nazirliyi Regional siyasət şöbəsinin məsul işçisi Əlisultan Sadıxov, Biləsuvar Regional Mədəniyət, İdarəsinin rəisi Elçin  Hüseynov,  Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli iştirak ediblər.

Böyük maraqla qarşılanan konsertin yekununda Azərbaycan Bayrağının səhnəyə gəlməsini tamaşaçılar ayaq üstə alqışlayıblar.

 

153.2 KB

 

150.3 KB

 

143.6 KB