Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Bilik günü” ilə əlaqədar Astara rayon Mərkəzi kitabxanasında tədbir keçirilmişdir

19.09.2018

19 sentyabr 2018-ci il tarixdə Astara rayon Mərkəzi kitabxanasında yeni dərs ilinin başlanması ilə əlaqədar Uşaq şöbəsi və M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəbin təşkilatçılığı ilə “Yeni dərs iliniz mübarək” adlı tədbir keçirilmişdir.

        Yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninin şagirdlər və tədbirdə iştirak edənlərin birgə ifası ilə başlanmışdır. 

        Tədbiri giriş sözü ilə rayon açan MKS-nin direktoru Tural Eyvazov məktəbliləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ümummilli liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. 

         Tədbirdə M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəbin müəllimlərindən G.Qafarova, A.Kərimova, uşaq şöbəsinin müdiri G.Dadaşova, işçi Ü.Əliyeva, metodika və biblioqrafiya şöbəsinin müdiri N.Məhərrəmova çıxış etmişlər. Çixışlar dinlənildikdən sonra il ərzində ən çox kitab oxumuş məktəblilərdən 15 nəfərə hədiyyələr təqdim olunmuşdur. Kitabxananın rəhbərliyi tərəfindən rayon Mərkəzi kitabxananın tədbirlərində həmişə fəallıq göstərən şəhər 1 saylı orta məktəbin müəllimi Ş.Hüseynova fəxri fərmanla təltif olunmuşdur.

         Şagirdlərin hazırladığı bədii kompozisiyalar, şeirlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.

 

1.4 MB

 

1.5 MB

 

1.6 MB