Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astarada ”Azərbaycan Əlifbası və Azərbaycan Dili günü” ilə bağlı tədbirlər keçirilmişdir.

01.08.2019

01 avqust tarixdə rayonun bir sıra mədəniyyər müəssisələrində Azərbaycan Əlifbası və Azərbaycan Dili günü ilə əlaqədar tədbrlər keçirilmişdir.

Pensər  kənd folklor evinin koillektivi Çayoba kənd Uşaq baxçası Körpələr evində " Nənə mənə nağıl danış " adlı tədbirlə balacaların görüşünə getmişlər. Tədbirdə Folklor evinin əməkdaşları əlamətdar günün mahiyyəti ilə bağlı məlumat verərək balacalara nağıl söylədilər.. Folklor evinin əməkdaşları balacaları şer və rəqslərlə əyləndirdilər, şəkilli kitablarla tanış edərək onlara hədiyyələr payladılar.

Şahağac kənd kitabxanası və folklor evi ilə birgə "1 avqust Azərbaycan dili və əlifbası günü" münasibətilə dəyirmi masa təşkil etmişlər. Tədbirdə kitabxana müdiri N. Həsənova, folklor evinin müdiri S. Xudaverdiyeva çıxış edərək bu günün yaranma tarixi və dilimizi sevməyin vacibliyindən danışaraq şagirdlərə məlumat verdilər.

Artupa və Cəncərədi kənd mədəniyyət müəssisələrinin kollektivi Səncərədi kənd uşaq bağçasında kitab sərgisi nümayiş olunmaqla "Ana dilim, doğma dilim" başlığı altında tədbir keçirmiş, burada Artupa kənd  kitabxanasının müdiri Sakitə Əliyeva "Azərbaycan dili və Azərbaycan əlifbası" günü münasibəti ilə çıxış edərək Azərbaycan dili haqqında yazdığı şeri söyləmişdir. Tədbirdə Uşaqlar üçün cizgi filmləri nümayiş olunmuşdur.

Azərbaycan Əlifbası və Azərbaycan Dili günü rayonun Çayoba, Siyakü, Sım, Toradi, Əsxənəkəran, Ağkörpü kənd mədəniyyət müəssisələrində qeyd edilmişdir.

 

916.5 KB