Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astara Dövlət Rəsm Qalereyası Cəlilabad rayonuna ekskursiya təşkil etmişdir

03.08.2019

03 avqust 2019-cu il tarixdə Astara Dövlət Rəsm Qalereyasının təşəbbüsü və təşkilatçılığı ilə həvəskar gənc və yeniyetmə rəssamların Cəlilabad rayonuna ekskursiyası təşkil olunmuşdur.Cəlilabad Dövlət Rəsm Qalereyasından başlanan ekskursiyada otuzdan çox qabiliyyətli rəssam iştirak etmişdir.Ekskursiya zamanı Astara Dövlət Rəsm Qalereyasının “Rəssamlıq” dərnəyi üzvlərinin seçilən əl işlərindən geniş sərgi nümayiş olunmuşdur. Dörd saat davam edən ekskursiyada Cəlilabad Dövlət Rəsm Qalereyasının,Cəlilabad Tarix Diyarşünaslıq Muzeyinin, Heydər Əliyev Mərkəzinin kollektivi və eksponatları ilə tanış olub Cəlilabad rayonunun görməli yerlərini gəzərək xatirə şəkli çəkdirilmişdir.

 

162.2 KB