Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astaranın Pensər və Təngərüd kənd mədəniyyət evində tələbə adını qazanmış gənclərlə görüş keçirilib

16.08.2019

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Rayonun Pensər və Təngərüd kənd mədəniyyət müəssisələrində respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə görüşlər keçirilmişdir. Çıxış edənlər görüşlərdə iştirak edən tələbələri təbrik edərək uğurlar arzulamış, gənclərin cəmiyyətimizdə oynadığı rolundan, əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətinin bu gün də cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla icra olunduğundan söz açdılar.  Gənclər öz növbələrində yeni qazanmış olduqları tələbə adının onlarda yaratdığı xoş təəssüratın sevincini yaşadıqlarını, buna görə valideynlərinə və bilik öyrəndikləri müəllimlərə minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda belə bir görüşün təşkili üçün mədəniyyət müəssisələrin rəhbərlərinə təşəkkürlərini bildirmişlər.

 

116.8 KB

 

103.6 KB

 

141.7 KB