Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Sərhəd dəstəsində tədbir keçirildi

24.08.2019

24 avqust  tarixdə “N” saylı sərhəd məntəqəsində Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi  və  “Valideyinlər  günü”  münasibəti ilə tədbir  keçirilmişdir. Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri və valideyinlər əvvəlcə sərhədçilərin məişət  şəraiti  ilə  tanış oldular. Dövlət Sərhəd Xidmətinin yaranması tarixindən və çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə, vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasına yüksək diqqət yetirilməsi barədə gələn qonaqlara məlumat verildi. Sonra Astara rayon Mədəniyyət  Mərkəzinin  “Sevinc”  mahnı  və rəqs ansanblı geniş konsert proqramı ilə çixiş etdi. Eyni zamanda rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi işçilərinin təşkilatçılığı ilə Astarada kitabxananın yaradılmasının 80 illiyi münasibəti ilə “Gəzən kitabxana” layihəsi çərçivəsində “Bir əsgər-bir kitab” adlı kitab sərgisi açılaraq sərhədçilərə xidmər göstərilmiş, onlara  kitab və jurnallar hədiyyə edilmişdir. Üç saat davam edən tədbir sərhədçi və valideynlər  tərəfindən böyük maraqla qarşılandı. Tədbirin sonunda sərhəd dəstəsinin rəhbərliyi və  əsgər valideynləri mədəniyyət işçilərinə təşəkkür  edib və  minnətdarlıqlarını  bildirdilər.

 

 

543.2 KB