Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astara rayon Artupa kəndində Şəhid Yaqub Ağayevin doğum günü münasibəti ilə anım tədbiri keçirilmişdir

24.08.2019

22 avqust tarixdə Artupa kənd Diyarşünasliq evi və Artupa kənd kitabxanasinın birgə təşkilatçılığı ilə Artupa kənd Diyarşünasliq evində şəhid Yaqub Ağayevin doğum günü münasibəti ilə anım mərasimi keçirilmişdir. Tədbirdə şəhidin həyat yoldaşı Yaqut Ağayeva, şəhidin qardaşı Ceyhun Ağayev, kənd ağsaqqalı Qarakişi Əsədullayev iştirak etmişlər. Şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Artupa kənd Diyarşünasliq evinin direktoru Nurəli Əliyev şəhid Yaqub Ağayevin keçdiyi şanlı döyüş yolu haqqında tədbir iştirakçılarına məlumat verdi. Kənd ağsaqqalı Qarakişi Əsədullayev, şəhidin qardaşı Ceyhun Ağayev, şəhidin həyat yoldaşı Yaqut Ağayeva, Artupa kənd kitabxanasının müdiri Sakitə Əliyeva çıxış edərək şahid Yaqub Ağayevlə bağlı öz xatirələrindən danışdılar. Tədbirdə həmçinin ölkə rəhbərinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışılmış, şairə Sakitə Ülvi Əliyeva şəhid  Yaqub Ağayev haqqında yazdığı şeri söyləmişdir. Sonra mədəniyyət işçiləri və şəhidin qardaşı şəhidin məzarı üstündə gül-çiçək dəstələri qoymaqla ziyarət etmiş, ruhuna dualar oxunmuşdur.

 

 

581.5 KB

 

423.6 KB

 

496.3 KB