Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lerik Dövlət Rəsm Qalereyasında gənc rəssam Abdulrəhman Səadətzadənin fərdi sərgisi açılıb

28.08.2019

  28 avqustda Lerik  Dövlət Rəsm Qalereyası Abdulrəhman Səadətzadənin fərdi sərgisini keçirmişdir. Abdulrəhman Səadətzadə Lerik rayon Durğan kənd orta Məktəbini bu il bitirmişdir. İstedadlı rəssam məktəb yaşlarından rəsm çəkməyə maraq göstərmiş, öz üzərində çalışaraq rəssamlığın sirlərini öyrənmişdir. Abdulrəhman bu il kollecə də daxil olmuşdur.

        İstedadlı rəssam Abdulrəhman Səadətzadə rəssamlığın bütün janrlarından istifadə etməyi bacarır. Portret, rəngkarlıq, qrafika, natürmort və digər sahələrdə fırçasını sınayaraq uğurlu rəsm əsərləri yaratmışdır.

        Sərgini giriş sözü ilə Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov açaraq, gənc rəssamın yaradıcılığı haqqında tamaşaçılara məlumat verdi. Sonra  Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik üzrə nümayəndəsi Müqəddəs Dənziyev, MİHİ Lerik Rayon Komitəsinin sədri, Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva,  Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov  açılışda çıxış edərək gənc və istedadlı rəssam haqqında xoş sözlər deyib,  ona gələcək yaradıcılığında  müvəffəqiyyətlər arzuladılar.

        Rəssamın atası Hikmət müəllim və rəssam özü də çıxış edərək,  gənc istedadların üzə çıxarılmasında və onlara qayğı gəstərilməsində, övladı Abdulrəhmanın  fərdi sərgisinin keçirilməsində  köməyə görə, dövlətimizə, Prezidentimizə,  Lənkəran Regional Mədəniyyət İdarəsinə, Lerik Rayon İcra Hakimiyyətinə və Lerik Dövlət Rəsm Qalereyasının kollektivinə minnətdarlığını bildirdilər və bu qayğıdan ruhlanaraq daha gözəl əsərlər yaradılacağına  söz verdilər.

      Sərgiyə baxmaq üçün Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli və kollektivi də gəlmişdi. Vüsal Nəsirli sərgiyə baxdıqdan sonra gənc rəssama yaradıcılığı haqqında fikirlərini söylədi, məsləhət və  tövsiyyələrini verdi,  yaradıcılığında ona köməklik göstərməyi Lənkəran Regional Mədəniyyət İdarəsinin öhdəsinə götürdü.

      Sərgiyə Lerik rayon mədəniyyət müəssisələrinin işçiləri, rayon ictimaiyyəti və digər təşkilatların nümayəndələri baxdılar.Ümumiyyətlə, sərginin ilk günündə 300-də çox tamaşaçı iştirak edirdi.

       Sərgi bir həftə davam edəcək.   

 

96.4 KB

 

82.2 KB

 

108 KB