Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəran Regional Mədəniyyət İdarəsinin növbəti müşavirəsi Lerik rayonunda keçirilmilşdir

28.08.2019

28  avqustda Lerik rayon Mədəniyyət Mərkəzində mədəniyyət  müəssisələrinin 2019-cu ilin  8 ayı ərzində gördüyü işlərə həsr olunmuş seminar-müşavirə keçirildi.

           Seminar-müşavirəni giriş sözü ilə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli açdı. O, mədəniyyət sahəsində görülən işlər, aparılan islahatlar haqqında tədbir iştirakçılarına məlumat verdi.  Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 yanvar  2019-cu il tarixli fərmanından irəli gələn mühüm məsələlərin həlli yolunda görülən işlər barədə, aparılan monitorinqin nəticələri haqqında ətraflı söhbət  açdı.  

          Tədbirdə mədəniyyət sahəsində mövcud olan problemlər  dinlənildi, işçiləri maraqlandıran suallar cavablandırıldı  və təkliflər səsləndirildi.  Mövcud problemlərin həlli  üçün mədəniyyət müəssisələrinin rəhbərlərinə konkret tapşırıqlar  verildi.

 

106.3 KB

 

140.7 KB

 

106.3 KB