Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astarada “Gəzən kitabxana” Hamoşam kəndində

29.08.2019

29 avqust tarixində tarixdə Astara rayon kitabxanasının 80 illik yubileyinin qeyd edilməsi ilə bağlı rayon MKS-nin tədbirlər planına əsasən “Gəzən kitabxana” layihəsi çərçivəsində rayonun ucqar dağ kəndi olan Hamoşam kəndində musiqili tədbir keçirilmişdir. Tədbirdə Asxanakəran, Toradi, Motlayataq, Anbuba və Hamoşam kənd kitabxana filialları və ərazidə fəaliyyət göstərən klub müəssisələrinin işçiləri fəal iştirak etmişlər.

        Tədbiri giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, rayon üzrə nümayəndə Şadoğlan Bayramov elm, təhsil və mədəniyyətimizin aynlmaz tərkib hissəsi olan kitabxanaların çoxəsrlik tarixi inkişaf yolu keçməklə milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsində əhəmiyyətli rol oynadığından söz açmış, ölkəmizdə aparılan uğurlu islahatların təməlini qoyan və onu uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin cəmiyyətin informasiya təminatında kitabxanaların işinə yüksək qiymət verdiyini bildirmişdir.

        Tədbirdə Hamoşam kənd icra nümayəndəsi A.Abdulov, kənd icra nümayəndəsi müavini A.Cəbiyev, Hamoşam kənd klubunun müdiri M.Şahverdiyeva, Toradi kənd diyarşünaslıq klubunun müdiri S.Əliyev, müəllimlərdən İ.Ağayev, Z.Kişiyev, təqaüdçü M.Fətəliyev, şəhid atası M.Əliyev və tələbə X.Abdullazadə çıxış etmişlər. Çıxış edənlər informasiya texnologiyalarının inkişafına baxmayaraq kitabın hələ də həyatımızda ən dəyərli məlumat mənbəyi olduğu bildirmiş, görkəmli şəxslərin kitaba, kitabxanalara dair müdrik kəlamları, fikirləri söyləmişlər.

        Sonra kitabxanaçılar nümayiş etdirilən kitablar haqqında tədbir iştirakçılarına məlumat vermiş, layihə çərçivəsində keçirilən bu tədbirlərin çox əhəmiyyətli olduğunu vurğulamış və nəticə olaraq son illərdə kitabxanaya gələn oxucuların sayının xeyli artdığını diqqətə çatdırmışlar. 

      Tədbirdə   “Astara rayon kitabxanası-80”,   “Astaralı yazarlarımız”, “Kitab bilik mənbəyidir”, “Vətən bizi səsləyir”, “Verdim ki, can, yaşasın Azərbaycan”, “Doğma yurdum Azərbaycan” və s. başlıqlı sərgilərdə 200-dən çox kitab və çap məhsulları nümayiş etdirilmişdir.

         Asxanakəran, Toradi və Hamoşam kənd məktəblilərindən S.Cövzizadə, T.Nəzərov, G.Cövzizadə, G.Əlizadə, Z.Cahangirzadə, R.Əlizadə vətənə, kitaba, doğma diyara dair şeirlər söyləmişlər.

         Tədbirin bədii hissəsində Çayoba, Hamoşam, Motlayataq, Asxanakəran və Diquli kənd klub müəssisələrindən Elvin Məlikov, Əbdüləzim Nəcəfov, aşıq Vaqif Rzayev, İqbal  Cəbiyevin ifa etdiyi musiqi nömrələri tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

 

 

280.3 KB

 

252.8 KB

 

287.5 KB