Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəranda “Yurdum, yuvam məskənimsən Azərbaycanım” adlı IV yaradıcılıq festivalının yekun tədbiri keçirildi

28.08.2019

28 avqust tarixində Lənkəran şəhərində Milli Qəhrəman Əskər Əliyev parkında “Yurdum, yuvam məskənimsən Azərbaycanım” adlı IV yaradıcılıq festivalı yekun tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru, festivalının təşkilat komitəsinin sədri Hafiz Mirzə çıxış edərək festival barəsində hesabat verdi. Qeyd olundu ki, IV festival M.Kələntərli adına  şəhər Sənətkarlıq Klubu ilə yanaşı Boladi-1 Folklor, Boladi-2 Diyarşünaslıq , Vel kənd Sənətkarlıq, Veravul kənd Ziyalılar, Vilvan kənd Folklor,  Tütəpeştə kənd Sənətkarlıq, Haftoni qəsəbə Sənətkarlıq, Havzava kənd Sənətkarlıq, Sütəmurdov kənd Diyarşünaslıq, Tatova kənd Sənətkarlıq, Rvo kənd Yaradıcılıq, Ləj kənd Sənətkarlıq Klublarında və Osaküçə kənd Yaradıcılıq, Separadi kənd Folklor, Hirkan qəsəbə Yaradııcılıq, H.Rzayev adına şəhər Yaradıcılıq, Göyşaban kənd Yaradıcılıq, Bürcəli kənd Yaradıcılıq evlərində və şəhər Mədəniyyət Mərkəzində uğurla həyata keçirilmişdir. Orta hesabla 67 müğənni, 18 bədii qiraətçi dinlənilmiş, 8 rəqs kollektivi çıxış etmişdir. Ümumi tamaşaçı sayı 4 mini keçmişdir.

Sonra Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli çıxış etdi. O öz çıxışında bu festivalı çox yüksək qiymətləndirdi, bir sıra mühüm məziyyətlərini hallandırdı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bölgələrdən bölgələrə” II yaradıcılıq festivalında Lənkəran Regional Mədəniyyət İdarəsini uğurlu təmisil etmiş bir qrup klub fəalına İdarənin fəxri fərmanlarını təqdim etdi.

Festivalın bağlanış mərasimi musiqi nömrələrinin peşəkar ifası “Ay Lolo” və “Çölləmə” rəqs qruplarının gözəl ifası,  bədii qi­raət ustalarının  məharəti, tamaşaçıların çoxluğu və fəallığı fərqləndi. Pro­qrama daxil edil­miş ifaçılara  Mədəniyyət Mərkəzi tərəfindən IV Yaradıcılıq Festi­valının laureat diplomları və hədiyyələr təqdim olundu.

Qeyd etmək lazımdır ki, Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi artıq 4-cü il ildir ki, “Yurdum, yuvam, məskənimsən, Azərbaycanım!” adlı Yaradıcılıq Festivalı keçirdir. Məqsəd Azər­bay­can sevgisini kəndbəkənd daşımaq və daha da alov­lan­dırmaq , gənc istedadları üzə çı­xartmaq və yay mövsümü ərzində əhalinin asudə vaxtının daha səmərəli təşkili işinə xü­susi töhfə verməkdır.

Festival çərçivəsində 7 Filial Birliyi və Mədəniyyət Mərkəzi olmaqla, iyun, iyul, avqust ayları ərzində 21 konsert proqramı təşkil olunmuşdur. İlk konsert 13 iyun tarixində M.Kələntərli adına şəhər sənətkarlıq klubunda, sonuncu bağlanış konserti isə avqustun 28-də şəhər Veteranlar Klubunun qarşısında Milli Qəhrəman Əskər Əliyev adına parkda  keçirilmişdir.

Fes­tivalın bütün mərhələlərində həm də kəndin  sənət­kar­la­rının  əl işlərindən ibarət sə­nətkarlıq sərgisi təqdim olunurdu. Yerli İcra Hakimiyyəti nümayəndələri, bələdiyyə sədr­ləri, məktəb müəllimləri, ağsaqqallar, gənclər və uşaqlar tədbirilin keçirildiyi əraziyə top­la­nır, konsert əsl bayrama çevrilirdi. Eyni zamanda burada ən yaxşı ifaçılar müəyyən olu­nurdu. Festivalın bağlanış konsertində proqrama məhz seçilmiş ifaçılar daxil edildi.

 

 

401.7 KB

 

376.7 KB

 

371.9 KB