Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astara MKS-ində ”Sülh aylığı” çərçivəsində “Qoy, həmişə sülh olsun” adlı tədbir keçirili

30.08.2019

30 avqust tarixində Astara rayon Mərkəzi kitabxanasında “21 avqust - 21 sentyabr - Sülh aylığı” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara rayon İcra Hakimiyyəti və İnsan hüquqlari üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. 

        Tədbiri giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Tural Eyvazov BMT-nin qərarına əsasən 1981-ci ildən 21 sentyabr tarixinin bütün dünya ölkələrində Beynəlxalq Sülh günü kimi qeyd olunduğunu, bu günün keçirilməsinin mahiyyəti, sülh dialoqu, münaqişələrin həllinə və sülh prosesinə dəstək verilməsini, Müvəkkilin təşəbbüsü ilə hər il ölkəmizdə ənənəvi olaraq keçirilən “Sülh aylığının”, bu aylıq çərçivəsində keçirilən müxtəlif tədbirlərin cəmiyyətdə hüquq mədəniyyətinin və sülh mədəniyyətinin geniş yayılmasında əhəmiyyətini vurğulamışdır.

         Tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Dövlət Universitetinin dosenti Natiq Mirzəyev çıxışlarında Ombudsmanın təşəbbüsü ilə “Sülh aylığı” çərçivəsində görülən işlər və keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıblar. Natiqlər Azərbaycan Respublikasının hər zaman sülhsevər siyasət yürütdüyünü, ölkədaxili və beynəlxalq münasibətlərdə sülhə böyük tövhələr verdiyini qeyd ediblər. Aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmizin tolerantlıq məkanı kimi dünyada nüfuz qazandığı, multikultural dəyərlərə malik nümunəvi dövlət olduğu diqqətə çatdırılmışdır.

 

290.2 KB

 

289.5 KB

 

289.3 KB