Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəran Regional Mədəniyyət İdarəsinin növbəti müşavirəsi Astara rayonunda keçirilmişdir

02.09.2019

2 sentyabr tarixində Astara rayon mədəniyyət müəssiələrinin 2019-cu ilin 8 ayı ərzində görülmüş işlərə və Astara rayon mədəniyyət müəssisələrində keçirilmiş monitorinqlərin nəticələrinə həsr olunmuş Lənkəran Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilmişdir.

Müşavirəni Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli açaraq son aylarda Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən görülən işlər, keçirilən tədbirlər barədə məlumat vermişdir.

Müşavirədə ilin 8 ayı ərzində görülmüş işlərlə bağlı Astara rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov, Astara rayon MKS-nin direktor əvəzi İlyas Məmmədov,  Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, Astara rayon Uşaq Musiqi Məktəbinin direktoru Çingiz Eyvazov, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılovanın hesabat məruzələri dinlənilmişdir.

Müşavirədə mədəniyyət  sahəsində mövcud olan problemlərdən danışılmış, işçiləri  maraqlandıran suallar cavablandırılmış və təkliflər səsləndirilmişdir, müvafiq tapşırıqlar verilmişdir.

Sonra İdarə rəisi Vüsal Nəsirli aparılmış monitorinqin nəticələri barədə danışmış, monitorinqlərin davam etdirildiyini bildirmiş, görülmüş işlərə qiymət vermiş, qarşıda duran vəzifələrdən, tədbirlərdən danışmış, işçilərinin işə davamiyyətinə diqqətin artırılması, keçirilən tədbirlərin keyfiyyətinin yüksəldilməsi, Sonda İdarə rəisi müəssisə rəhbərlərinə işlərinə daha ciddi yanaşmaları və mədəniyyət müəssisələri arasında iş və təcrübə mübadilələrinin aparılmasına dair müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.

Müşvirənin sonunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Bölgələrdən bölgələrə” II yaradıcılıq festivalında fərqlənən bir qrup mədəniyyət işçisinə Lənkəran Regional Mədəniyyət İdarəsinin “Fəxri fərman”ları təqdim edilmişdir.

Müşavirədən sonra Astara Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış olmuşdur.

 Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli mədəniyyət işçilərini fərdi qəbul etmiş, yaranmış problemlərin həlli barədə tapşırıqlar vermişdir.

 

378.7 KB

 

360.2 KB

 

374.2 KB