Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəranda kitabxana filiallarının fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi

06.09.2019

6 sentyabr tarixində Lənkəran şhər Mərkəzləşdiirlmiş Kitabxana Sisteminin filiallarının fəaliyyətinə həsr olunmuş Lənkəran Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilmişdir.

            Müşavirəni Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli açaraq son aylarda Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən görülən işlər, keçirilən tədbirlər barədə məlumat vermişdir.

Müşavirədə ilin 8 ayı ərzində görülmüş işlərlə bağlı filial kitabxanalarının hesabat məruzələri dinlənilmişdir.

Müşavirədə mədəniyyət  sahəsində mövcud olan problemlərdən danışılmış, işçiləri  maraqlandıran suallar cavablandırılmış, təkliflər səsləndirilmiş, müvafiq tapşırıqlar verilmişdir.

Sonra İdarə rəisi Vüsal Nəsirli aparılmış Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən aparılan monitorinqin nəticələri barədə danışmış, monitorinqlərin davam etdirildiyini bildirmiş, görülmüş işlərə qiymət vermiş, qarşıda duran vəzifələrdən, tədbirlərdən danışmış, işçilərinin işə davamiyyətinə diqqətin artırılması, keçirilən tədbirlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.

 

 

137.8 KB

 

109.5 KB

 

113.9 KB