Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astara şəhər Uşaq Musiqi Məktəbində ”Milli musiqi günü” qeyd edildi

18.09.2019

Bu gün öllkəmizin hər yerində olduğu kimi Astarada da Milli Musiqi günü qeyd edilmişdir.

Ilk öncə Milli Musiqi günü ilə əlaqədar Musiqi məktəbinin pedaqoji kollektivi Astara Heydər Əliyev Mərkəzində olmuş, Ulu öndərin büstünü ziyarət etmişlər. Mərkəzin direktoru Kübra Səmədova kollektivi Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto stendlərlə tanış etmiş və 18 sentyabr ”Milli Musiqi günüdür” mövzusunda tematik söhbət aparmışdır.

Sonra Astara Uşaq musiq məktəbində Milli Musiqi gününə həsr olunmuş tədbir keçirilmişdir. Məktəbin direktoru Ç. Eyvazov müəllim və valideyinləri Milli musiqi günü münasibəti ilə təbrik etdərək pedaqoji kollektivə yeni tədris ilində uğurlarar arzulamışdır. Sonra Ü.Hacıbəylinin yaradıcılığını əks etdirən “Musiqi dahisi” adlı filmi nümayiş etdirilmişdir. Məktəbin nəzəriyyə şöbəsinin müdiri Leyla İskəndərova, məktəbim müəllimləri Şakir Quliyev, Şamil Bayramov çıxış  edərək Milli musiqi tariximizdən, Üzeyir yaradıcılığının musiqi mədəniyyətimizin formalaşmasında geniş rolu barədə məlumat vermişlər. Sonda məktəbin şagirdləri konsert proqramı ilı çıxış etmişlər.

Tədbirdən sonra məktəbin kollektivi Astara rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etmişlər.

Astara  rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edərək  “ Milli Musiqi günü - Üzeyir Hacıbeyov zirvəsi” ( Heydər Əliyev) mövzusunda tematik söhbət aparmış və onlara Azərbaycan xalqının Ümummilli Lideri  Heydər Əliyevin zəngin omür yolunu əks etdirən fotoşəkillər və sənədlər , eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillər haqqında məlumat vermişdir.

Sonda  tədbir iştirakçıları  Astara  rayon Heydər Əliyev Mərkəzinin “Rəssamlıq”, “Toxuculuq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə və kitablara baxmışlar.

 

 

33.8 KB

 

117.5 KB

 

305.9 KB