Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lerik rayonunda seminar keçirilmişdir

30.09.2019

30 sentyabr 2019-cu il tarixində Lerik Rayon Mədəniyyət Mərkəzində Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik rayonu üzrə kitabxana və klub müəssisələrinin işçilərinin iştirakı ilə seminar-müşavirə keçirildi.

Seminar-müşavirəni Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Lerik üzrə nümayəndə) Müqəddəs Dənziyev açaraq kənd mədəniyyət müəssisələrinin qarşısında duran vəzifələrdən, iş planlarında nəzərdə tutulan tədbirlərin vaxtında hazırlanıb həyata keçirilməsindən, əmək intizamına ciddi riayət olunmasına nəzarətin artırılmasından, qız mövsümünə hazırlıq işlərinin sürətləndirilməsindən danışdı. Daha sonra Mədəniyyət Mərkəzinin direktoru Əliabbas Məlikov və Mərkəzi Kitabxana Sisteminin direktoru Tərxan Feyziyev kitabxana və klub müəssisələrinin ilin doqquz ayı ərzində fəaliyyəti barədə məlumat verdilər.

Sonda mədəniyyət işçilərini maraqlandıran suallar cavablandırıldı.

 

72.6 KB

 

100.7 KB

 

135 KB