Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astara rayon kitabxanası 80 illik yubiley ərəfəsində

30.09.2019

30 sentyabr tarixdə Mərkəzi kitabxanada Astara rayon kitabxanasının 80 illik yubiley ili ilə əlaqədar tədbirlər planına əsasən təqaüddə olan kitabxanaçılarla görüş keçirilmişdir.

         Tədbiri giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayon üzrə nümayəndə Şadoğlan Bayramov 1939-cu ildən fəaliyyətə başlayan kitabxananın keçdiyi tarixi inkişaf yolundan ətraflı bəhs etmişdir.  RİH-nin məsul işçisi Mirzə Bayramov, rayon MKS-nin direktor əvəzi İlyas Məmmədov çıxış edərək respublika prezidentinin mədəniyyətə göstərdiyi yüksək diqqət və qayğı sayəsində kitabxana fondlarının zənginləşdirildiyi, maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulduğunu bildirmişlər.

        Tədbirdə təqaüddə olan kitabxanaçılardan Müzəffər Əhmədov çıxış edərək səvetlər məkanında ilk dəfə, çətinliklərə baxmayaraq Astara rayon kitabxanasının sərhəd məntəqələrində səyyar kitabxana xidmətinin təşkilinə görə sərhəd xidməti generalından təşəkkür alması barədə xatirələrini danışmışdır. Gülzar Mirzəyeva və Validə Quliyeva rayonun ucqar kəndlərində yeni kitabxanaların açılmasından, rayon mərkəzində, tarla düşərgələrində keçirdikləri müxtəlif tədbirlərdən söz açmışlar. Ömrünü kitabxana Işinə həsr etmiş veteran kitabxanaçılar gənclərə tövsiyyələrini vermiş, bu mədəniyyət ocağının onlara çox doğma olduğunu bildirmişlər. Sonda rayon MKS-nin direktor əvəzi İ. Məmmədov çay süfrəsi arxasında qonaqlara tədbirdə iştiraklarına görə təşəkkürünü bildirmişdir.

 

182.5 KB

 

185 KB

 

186.1 KB