Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Gəzən kitabxana” Şüvi kəndində

27.09.2019

        27 sentyabr 2019-cu il tarixdə Astara rayon kitabxanasının 80 illik yubileyinin qeyd edilməsi ilə bağlı rayon MKS-nin tədbirlər planına əsasən “Gəzən kitabxana” layihəsi çərçivəsində növbəti tədbir Şüvi kəndində keçirilmişdir. Tədbirdə Ərçivan qəsəbə, Şüvi və Sərək kənd kitabxana filialları, Şüvi kənd körpələr evi və ərazidə fəaliyyət göstərən klub müəssisələrinin işçiləri fəal iştirak etmişlər.

        Tədbiri giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, rayon üzrə nümayəndə Şadoğlan Bayramov bildirmişdir ki, kitab cəmiyyətin, şəxsiyyətin formalaşmasında, mədəniyyətin inkişafında  mühüm rola malikdir.  Qeyd olunub ki, bu cür layihələrin  keçirilməsində əsas məqsəd  mütaliəyə diqqəti artırmaq, ədəbiyyata marağı olan hər kəsin, xüsusilə yeniyetmə və gənclərin oxu vərdişlərini inkişaf etdirmək, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

        Tədbirdə rayon MKS-nin direktor əvəzi İlyas Məmmədov, Şüvi kənd İƏD üzrə nümayəndə Əbülfət Qüdrətov,  Şüvi kənd orta məktəbin direktor müavini Fərhad Dədəyev, kənd ağsaqqalı Musa Qasımov və Şüvi kənd kitabxanasının kitabxanaçısı Günel Abdullayeva çıxış etmişlər.

        Kitabxanaçılar nümayiş etdirilən kitablar haqqında tədbir iştirakçılarına məlumat vermişlər.

      Tədbirdə müxtəlif mövzularda 400-ə yaxın kitab və çap məhsulları nümayiş etdirilmişdir.

         Şüvi və Sərək kənd məktəblilərindən F.Babazadə, M.Əsgərli, E.Abdullayev,  S.Rəsulzadə, N.Nəhmətova, J.Məmmədova, S.Babazadə, N.Əsgərli və G.Rəsulzadənin fasında Ulu Öndərə, vətənpərvərlik mövzusuna həsr edilən şeirlər ifa olunub.

 

220.5 KB

 

107.5 KB

 

101.9 KB