Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

1 oktyabr Beynəlxalq Ahıllar günü ilə bağlı şəhid Elruz Camalovun ailəsini ziyarət etdilər

01.10.2019

01.10.2019-cu il tarixində Pensər kənd Folklor evinin işçiləri kənd kitabxanasının işçiləri ilə birgə 1 oktyabr Beynəlxalq Ahıllar günü ilə bağlı şəhid Elruz Camalovun ailəsini ziyarət etdilər.Şəhidin valideyinləri Feyruz ata və Leyla ananı Beynəlxalq Ahıllar günü münasibəti ilə təbrik etdilər.Şəhidin valideyinləri əməkdaşlarımızı şəhid Elruzun keçdiyi döyüş yolu ilə bir daha tanış etdilər.Folklor evinin direktoru Səhabəddin Əhmədov kollektivimiz adından Şəhid Elruzun timsalında bütün şəhidlərə Allahdan rəhmət dilədi və qeyd etdi ki ; - "Şəhidlər and yerimiz, məzarları ziyarət yerimizdir.Biz şəhidlərimizin xatirəsini uca tutur, onları unutmur və unutdurmuruq.Müəssisəmizdə şəhidlərlə bağlı guşə yaradaraq şagirdlərə və gələn hər bir qonağa şəhidlərimizlə bağlı məlumat verir, onların xatirəsini yad edirik.Əlbəətdə ki, bu bizim borcumuzdur."
Kitabxananın müdiri Nuridə Babayeva ; - Şəhidlər ölmür, onlar şəhadətə yüksəlir.Sizin övladınız təkcə sizin deyil, bütün Azərbaycan xalqının övladıdır.Şəhidlər öz canlarlnı qurban verərək torpağln müqəddəsliyini, vətənin bölünməzliyini göstərdilər.Sizə Elruz kimi vətənpərvər övlad böyütdüyünüzə görə minnətdarıq və şəhidlərimizə Allahdan rəhmət, valideyinlərinə səbir diləyirik"- deyərək ürək sözlərini dilə gətirdi.
Şəhid Elruz Camalovun ailəsi diqqətə və qayğıya görə mədəniyyət və kitabxana işçilərinə minnətdarlıq etdilər.

 

117.4 KB

 

107.6 KB

 

126.9 KB