Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“N” saylı sərhəd məntəqəsində “Açıq qapı” günü münasibəti ilə tədbir keçirilmişdir

28.09.2019

28 sentyabr tarixdə “N” saylı sərhəd məntəqəsində “Açıq qapı” günü münasibəti ilə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilmişdir Tədbirdə respublikamızın 20 şəhər və rayonundan gəlmiş valideynlər hərbi xidmətdə olan övladları ilə görüşmüş, sərhədçilərin məişət şəraiti ilə tanış olmuşlar. Sonra isə Astara rayon Mədəniyyət Mərkəzinin “Sevinc mahnı və rəqs ansamblı” əsgər, zabit və valideynlər qarşısında geniş konsert proqramı ilə çıxış etmişdir.

            Tədbirdə Astara rayonunda kitabxana yaradılmasının 80 illiyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq “Bir əsgər bir kitab” layihəsi çərçivəsində rayon mərkəzi kitabxanasının kitab sərgisi nümayiş etdirilmişdir. Sərgidə sərhədçilərə  eyni zamanda dövrü mətbuat və bukletlər verilmişdir.

Tədbirin sonunda maraqlı tədbirə görə sərhəd dəstəsinin rəhbərliyi,  valideynlər Astara rayon Mədəniyyət Mərkəzi və mərkəzi kitabxananın rəhbərliyinə, eyni zamanda ansamblın bütün üzvlərinə öz təşəkkür və minnətdarlıqlarını bildirmişlər.

 

 

79.5 KB

 

91.9 KB

 

84.5 KB