Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Artupa kənd Diyarşünasliq evində Beynəlxalq Ahıllar günü münasibəti ilə dəyirmi masa keçirildi

01.10.2019

1 Oktyabr 2019-cu il tarixində Artupa kənd Diyarşünasliq evində  Beynəlxalq Ahıllar günü münasibəti ilə dəyirmi masa keçirildi. Tədbirdə kəndin ağsaqqalları, yaşlı nəslin nümayəndələri, ziyalılar, həmçinin Artupa kənd məscidinin axundu iştirak edirdi.

 Artupa kənd Diyarşünasliq evinın direktoru Nurəli Əliyev Beynəlxalq Ahıllar günü ilə bağlı məruzə edərək, bu əlamətdar gün haqqında tədbir iştirakçılarına məlumat verdi.

Sonra mövzu ətrafında çıxışlar oldu. Eynulla Məmmədov, Fəxrəddin Məhərrəmov, Həsənəli Mehtiyev, Qarakişi Əsədullayev, Höküməli Kazımov, Mehman Quliyev, Cahangir Səmədov və kəndin axundu Hacı Hüseyn çıxış edərək, möhtərəm prezidentimiz cənab İlham Əliyevin ahıllara, yaşlı nəslin nümayəndələrinə göstərdiyi diqqət və qayğıdan söhbət açdılar.

Tədbirdə həmçinin ailə münaqişələri, yeniyetmə və gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, islami dəyərlərimiz, erkən nikahın törətdiyi fəsadlar, boşanmalar və başqa məsələlər haqqında fikir mübadiləsi aparıldı. Qərara alındı ki, ailə münaqişələrinin aradan qaldırılması məqsədi ilə həmin ailələri dəvət etmək və kəndin ağsaqqallarının iştirakı ilə ailələrin dağılmaması üçün, ağsaqqal məsləhəti, ictimai qınağ və başqa tədbirlər həyata keçirilsin.

 

53.2 KB

 

57.4 KB

 

52.8 KB