Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Gəzən kitabxana” Səncərədi kəndində

11.10.2019

        11 oktyabr 2019-cu il tarixdə Astara rayon kitabxanasının 80 illik yubileyinin qeyd edilməsi ilə bağlı rayon MKS-nin tədbirlər planına əsasən “Gəzən kitabxana” layihəsi çərçivəsində növbəti tədbir Səncərədi kəndində keçirilmişdir. Tədbirdə Alaşa, Səncərədi, Züngüləş, Artupa kənd kitabxana filialları və ərazidə fəaliyyət göstərən klub müəssisələrinin işçiləri fəal iştirak etmişlər.

        Tədbiri giriş sözü ilə açan rayon MKS-nin direktor əvəzi İlyas Məmmədov əhalinin maarifləndirilməsində və insanların kitaba olan marağının artırılmasında bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, kitab oxumaq düşüncə qabiliyyətini inkişaf etdirir, söz xəzinəmizi artırır, dünyaya və ictimai-sosial hadisələrə baxış şəklimizi dəyişdirir, doğru qərarlar verib seçimlər etməyimizə kömək edir.

        Tədbirdə Səncərədi kənd məktəbinin müəllimlərindən Səxavət Həsənov, Mehman Quliyev, Araz Nəzərov, kənd ağsaqqalı Rafael Hacıyev və şairə Sakitə Ülvi çıxış etmişlər.

        Tədbirdə müxtəlif mövzularda 350-dən yuxarı kitab və çap məhsulları nümayiş etdirilmişdir. Kitabxanaçılar nümayiş etdirilən kitablar haqqında tədbir iştirakçılarına məlumat vermişlər.

         Səncərədi, Artupa, Alaşa və Züngüləş kənd məktəblilərindən T. Nəhmətzadə, F.İmanova, Ş.Rzayeva, M.Yusifzadə, G.Məmmədova, K.Kazımova, S.Rəhmanova, F.Haqverdiyeva, R.Novruzov, S.Nəbiyeva və digərləri şeirlər ifa etmişlər. Məktəblilərin ifasında həmçinin İ.Nəsiminin qəzəllərindən parçalar səsləndirilmişdir.

 

126.2 KB

 

80.9 KB

 

62.4 KB