Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbində ”Nəsimi-650” adlı sərgi təşkil edildi

08.10.2019

08 oktyabr tarixində Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbində böyük Azərbaycan şairi və mütəfəkkiri İmaddədin Nəsiminin 650 illiyinə həsr edilmiş məktəb şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil edildi. Tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli İmaddədin Nəsiminin 650 illiyi ilə bağlı mədəniyyət müəssisələri tərəfindən keçirilən tədbirlər haqqında danışdı, bu sərginin həmin tədbirlərin davamı olduğunu və belə tədbirlərin bundan sonra da keçirilməsinin vacib olduğunu vurğuladı. Sonra sərgi ilə tanışlıq oldu. Rəsm əsərlərinin müəllifi olan şagirdlər öz rəsmləri haqqında məlumat verdilər.

 

128.1 KB

 

93 KB

 

86.3 KB