Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astara rayon Heydər Əliyev Mərkəzində “18 oktyabr Azərbaycanın Dövlət Müstəqiliyi günü”nə həsr olunmuş sərgi və tədbir keçirildi

17.10.2019

17 oktyabr tarixdə Astara rayon Heydər Əliyev Mərkəzində 18 oktyabr Azərbaycanın Dövlət Müstəqiliyi gününə həsr olunmuş “Azərbaycanın Dövlət Müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda sərgi və tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan etmiş və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sukutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səslədirilmişdir.

Sonra “Milli müstəqiliyyimiz  mənəvi gücümüz” adlı filim nümayiş olunmuşdur.

Tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi  Elza Kazımova, Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış etmişlər.

Sonda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin fondunda saxlanılan xalçalara, “Elektron kitabxana”da saxlanılan kitablara, “Toxuculuq” və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar.

 

189.6 KB

 

146.4 KB

 

146 KB