Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xirdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi Lənkəranda konsert proqramı ilə çıxış etmişlər

26.10.2019

26 oktyabrda Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbində Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin müəllim və şagirdlərinin konsert proqramı təşkil edilmişdir. 

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Camal Həsənov çıxış edərək qonaqları salamış, Lənkərana səfər etdiklərinə görə onlara minnətdarlığını bildirmişdir. Sonra çıxış edən Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin direktoru, əməkdar müəllim İkram Manafov Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin Lənkəran şəhərinə səfər etməsinə, konsert proqramı ilə çıxış etmələrinə şərait yaratdığına görə Sumqayıt və Lənkəran Regional Mədəniyyət İdarələrinin rəhbərliyinə kolektiv adından dərin təşəkkürünü bildirmişdir.

Tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli belə tədbirlərin regionlararası mübadilənin gücləndirilməsinə xidmət etdiyini, şagirldərin və müəllimlərin təcrübələrini bölüşmək üçün belə tədbirlərin keçirilməsinin xüsüsi əhəmiyyəti və təqdirəlayiq hal olduğunu vurğulamış, qarşılıqlı əlaqələrin davamlı olmasının vacibliyini qeyd etmişdir.

Sonra Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin müəllim və şagirldəri maraqlı konsert prqoramı ilə çıxış etmişlər. Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə və alqışlarla qarşılanmışdır.

 

89.2 KB

 

93.6 KB

 

90.2 KB