Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəran Heydər Əliyev Mərkəzində müsabiqə qalibləri təltif edildi

04.11.2019

4 noyabr tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsində və “Gənc pianoçuların IV Respublika müsabiqəsi”ndə uğur qazanmış şagirdlərə nazirliyin fəxri fərman, diplom və hədiyyələrinin təqdimatı keçirildi.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli çıxış edərək  hər iki müsabiqədə iştirak edən və uğur qazanmış idarənin tabeliyində fəaliyyət göstərən Lənkəran şəhər, Astara və Lerik  rayonlarının uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirləri təbrik etdi və onlara daha böyük uğurlar qazanmağı arzuladı. Müsabiqələrdə uğurla çıxışlara görə əməyi olan hər kəsə - qalib olan şagirdlərin təhsil aldıqları uşaq musiqi və incəsənət məktəblərinin rəhbərlərinə, müəllimlərinə və valideyinlərə öz minnətdarlığını bildirdi. Eyni zamanda 1 noyabr tarixində Bakı şəhərində keçirilən Ənənəvi Folklor Festivalında Lənkəran Regional Mədəniyyət İdarəsinin 3 kollektivlə – C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin “Buta”, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Nənələr”, Lerik rayon Mədəniyyət Mərkəzinin “Rəfti-Uzunömürlülər” foklor kollektivləri ilə uğurla təmsil olunduğunu, hər bir kollektivin Mədəniyyət Nazirliyinin diplomuna layiq görüldüyünü bildirdi.

Sonra şagirdlərə fəxri fərmanlar, diplom və hədiyyələr təqdim olundu.

 

333.7 KB

 

273.1 KB

 

312.3 KB