Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astara rayon Heydər Əliyev Mərkəzində 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə sərgi və tədbir

05.11.2019

05 noyabr 2019-cu il tarixində Astara rayon Heydər Əliyev Mərkəzində 9 Noyabr Dövlət bayrağı günü münasibətilə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir”” (Heydər Əliyev) mövzusunda sərgi və tədbir keçirilmişdir.

         Tədbiri giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru

Kübra Səmədova açıq elan etmiş, Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirilmiş, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

         Sonra “Azərbaycan dili və bayraqlar” adlı film nümayiş olunmuşdur.

         Tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova bildirilmişdir ki, Üçrəngli Dövlət Bayrağımız Şərqdə ilk parlamentli, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaldırılıb. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə baxan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı olaraq qəbul edib.

         Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra üçrəngli bayrağımız endirildi. Yalnız 72 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. Düz 72 il sonra dahi Lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə Naxçıvanda dalğalandırılan, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq məhz dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması və eləcə də siyasi varisliyin təmin edilməsi idi. 1990-cı illərin çətin, ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə isə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır. 

Beləliklə, vaxtilə böyük uzaqgörənliklə Naxçıvan Muxtar Respublikasında Ulu Öndər Heydər Əliyevin əzmi ilə alınan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin dövlətçilik yoluna çevrilib. Dövlət bayrağı kimi üçrəngli, ay-ulduzlu bayrağın Azərbaycanın Dövlət Bayrağı olaraq qəbul edilməsi də Naxçıvandan başlanan yolun davamı oldu. Ölkə ictimaiyyətinin tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR-nin Ali Soveti Dövlət Bayrağı haqqında Qanun qəbul edərkən üçrəngli bayrağa da Azərbaycan Respublikasının Dövlət Bayrağı statusu verdi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək,onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını da qəbul etdi. 

         Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikası Dövlət Bayrağı gününün” təsis edilməsi haqqında sərəncam imzalanmışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikası Dövlət Bayrağı günü kimi qeyd edilir.

         Tədbirdə Astara rayon İcra Hakimiyyətinin içtimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məslətəhçisi Mirzəli Bayramov, Astara rayon Mərkəşləşdirilmiş kitabxana sisteminin direktor əvəzi  İlyas Məmmədov, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin baş fond mühafizi Şahin Əliyev, Astara şəhər 1 saylı tam orta məktəbin müəlliməsi Girdənaz İsgəndərova cıxış etmiş, Astara şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Fatimə Həmidzadə şer söyləmişdir.

Sonda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin fondunda saxlanılan xalçalara, “Elektron kitabxana”da saxlanılan kitablara, “Toxuculuq” və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar.

 

56.2 KB

 

72.7 KB

 

61 KB