Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin kollektivi valideyn himayəsindən məhrum olmuş tam kimsəsiz uşaqlar üçün Yeni il şənliyi təşkil edib

30.12.2019

30 dekabr 2019-cu il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin kollektivi ənənəyə sadiq qalaraq Lənkəran şəhərində 2 nömrəli ailə tipli kiçik qrup evində valideyn himayəsindən məhrum olmuş tam kimsəsiz uşaqlar üçün növbəti şənlik təşkil edib.


Bayram şənliyində  ilk öncə Mərkəzin direktoru Reyhanə Sadıxova Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısından,  Vətənə, torpağa olan sevgisindən, bağlılığından ətraflı söz açdı. O, bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətini bu gün layiqincə həyata keçirən, dahi şəxsiyyətin ideyalarını yaşadan möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondu uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istifadə edir, onları daim diqqət və qayğı ilə əhatə edirlər.

 

Bayram şənliyinə uşaqların sevimlisi Şaxta baba və Qar qız öz hədiyələri ilə təşrif buyurdular. Şənlik müxtəlif uduşlu, əyləncəli oyunlar, konsert proqramları ilə davam edib.

 

78.1 KB

 

80.9 KB

 

71.5 KB