Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ənənəvi “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi

03.02.2020

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər Günü münasibətilə təşkil olunan ənənəvi “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi.

Filarmoniyanın foyesində Mədəniyyət Nazirliyi şəbəkəsində fəaliyyət göstərən incəsənət məktəbləri və dərnəklərin şagirdlərinin işlərindən ibarət sərgi təşkil olunmuşdu. Mədəniyyət naziri Əbülfəs Qarayev və qonaqlar gənclərin hazırladığı zərgərlik nümunələri, şəbəkə üslubunda oyma, rəssamlıq və tətbiqi sənətin müxtəlif növlərində əl işləri ilə tanış oldular.

Festivalın açılış mərasimində çıxış edən nazir Əbülfəs Qarayev hər il ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətindən danışdı. Festivalda ölkəmizin regionlarından da gənclərin təmsil olunduğunu deyən nazir bildirdi ki, təqdim olunacaq proqram gənclərimizin yaradıcılıq mənzərəsini ortaya qoyacaq: “Biz gənclərə gələcəyin formalaşdırılmasında öz yaradıcı potensiallarını nümayiş etdirmələrinə şərait yaratmalıyıq. Buna görə də müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanmış gənclərin mükafatlandırılması, istedadlı gənclərin beynəlxalq festival və müsabiqələrdə iştirakı həmişə dövlət tərəfindən dəstəklənir

Əbülfəs Qarayev “Gəncliyin səsi” festivalının gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıdığını bildirdi.

Daha sonra 2019-cu ildə uğurlu fəaliyyətinə görə seçilən bir qrup istedadlı gənc Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edildi. Fərqlənən gənclər arasında Lənkəran şəhər Rəssamlıq Məktəbinin yetirməsi Hüseynzadə Tural Rakif oğlu Azərbaycan Mədəniyyət naziri Cənab Əbülfəs Qarayev tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışdır.

 

95.9 KB

 

70.3 KB

 

110.1 KB