Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110 illiyi ilə bağlı silsilə tədbirlər davam etdirilir

23.02.2020

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar yubiley tədbirləri davam edir.

Növbəti tədbir 23 fevral tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Həzi Aslanovun ev muzeyində keçirillmişdir.

Nazirliyin rəsmiləri, Aprel döyüşlərinin və Beynəlxalq Ordu Oyunları çərçivəsində “Tank biatlonu” yarışlarının iştirakçısı olan Azərbaycan Ordusunun tankçılarından bir qrupu Həzi Aslanovun ev muzeyində reallaşan vətənpərvərlik tədbirində general Aslanovun həmyerliləri ilə görüşüb, muzey ekspozisiyası ilə tanış olub, ədəbi-bədii proqramı maraqla izləmişlər.

Tədbir Əməkdar artisti, mayor Cahangir Qurbanovun ifa etdiyi “Azərbaycan” mahnısının sədaları ilə başlanmış,
qəhrəmanın büstü qarşısına gül çələngi qoyulub, xatirəsi əsgəri ehtiramla yad edilmişdir.

Yubiley tədbirlərinin təşkili üzrə komissiyanın sədr müavini, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin rəhbərliyi  adından tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ötən ilin dekabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamda qeyd olunur ki, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir. Prezident Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin əmri ilə komissiya yaradılıb, Müdafiə, Təhsil və Mədəniyyət nazirliklərinin birgə planı hazırlanıb və ilin sonunadək bu istiqamətdə tədbirlər davam etdiriləcəkdir.


Prezident Sərəncamının iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun həmyerliləri tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayaraq lənkəranlılar adından dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Xalq artistinin Qabil Quliyevin təqdim etdiyi rekviyem-kompozisiya böyük maraqla qarşılanımışdır.

Beynəlxalq Ordu Oyunları çərçivəsində “Tank biatlonu” yarışlarında ölkəmizi layiqincə təmsil edən və dünyanın bir çox ordularının tank heyətlərinə qalib gələn tankçılarımızdan baş gizir Məftun İbrahimov, baş əsgərlər Elvin Rzayev və Əsgər Quliyev, Prezident Sərəncamı ilə “İgidliyə görə”  medalına layiq görülmüş cəsur tankçı Paşa Mehdiyev, Azad Mərdəliyev, Ceyhun Rüstəmov, Bəhruz Quliyev, Emin Şirinov, Emin İslamov və digər tankçıların işğal altında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə böyük inam yaradan çıxışları hərarətlə qarşılanmışdır.

Belarusun paytaxtından telefon əlaqəsinə qoşulan Minsk şəhərindəki “Qobustan” Azərbaycan ictimai birliyinin sədri Baxşı Qənbərov Belarus xalqının da Həzi Aslanovun  xatirəsini həmişə əziz tutduğunu, Belarus torpağında möhtəşəm abidəsinin ucaldıldığını bildirmişdir. 

Cəbhə bölgəsindən gələn qonaqlar Aprel döyüşləri zamanı tankçıların istifadə etdikləri tankçı hərbi geyim nümunəsini muzeyə hədiyyə ediblər. Muzeyin direktoru Cəmilə Şərifova Müdafiə Nazirliyinin daim diqqət və qayğısını hiss etdiklərini, muzey fondunun daha da zənginləşdirilməsinə hər cür köməklik göstərdiyini qeyd edərək minnətdarlığını bildirmişdir.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli, Lənkəran Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə Prezident Sərəncamından irəli gələn vəzifələrin qəhrəmanın vətənində də uğurla həyata keçirildiyini bildirib və Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən vətənpərvərlik tədbirlərinin yetişməkdə olan gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar.
Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuş tankçı İlham Qurbanov, müharibə veteranı Saleh Dostiyev və Biləsuvar rayonundan gəlmiş müəllim Bəhruz Rufullayev çıxış edərək ehtiyatda olan hərbi qulluqçuların da Azərbaycan uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bildirmmnimşlər.

        Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və Həzi Aslanov adına Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin  şagirdləri əfsanəvi sərkərdəyə həsr olunmuş mahnılar, şeirlər ifa etmişlər.

“Gənc Aslanovçular”ın çıxışı tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Sonra Həzi Aslanov adına Xatirə parkına gedərək görkəmli sərkərdənin əzəmətli abidəsini ziyarət edib, qarşısına çələng qoyub, qərənfillər düzmuşlər.

        Həzi Aslanovun ata yurdu Gərmətük şəhər tipli qəsəbəsində İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət edən tankçılar burada kənd sakinləri ilə görüşmüşlər..
 

 

 

93.6 KB

 

80.5 KB

 

68.6 KB