Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astara rayon Heydər Əliyev Mərkəzində onlayn formatda tarix dərsi keçirilmişdir

04.05.2020

4 may 2020-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzində 10 may Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 97 illiyi munasibətilə “Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır” (Heydər Əliyev) mövzusunda online tarix dərsi keçirilmişdir.

Tarix dərsində Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva və X - cu sinif şagirdləri iştirak etmişlər.

Tarix dərsini giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan etmiş, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

 Astara rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, Müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneyə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycan dövlətinin Beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə daha da möhkəmləndirilir və inkşaf etdirilir.

Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir,  dönməzdir və dövlətçiliyin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına bundan sonra da xüsusi diqqət yetirilə-cək, xalqımızın yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacağını vurğulamışdır.
Sonda “Dahi şəxsiyyət” mövzusunda film nümayiş olunmuşdur.
Mövzu ilə bağlı Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva və X sinif şagirdi Fatimə Həmidzadə cıxış etmişlər.

 

 

38.1 KB

 

58.9 KB