Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr olunmuş onlayn formatda müsabiqə keçirilmişdir

08.05.2020

08 may 2020 –ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzi 10 May Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr olunmuş rayon məktəbliləri arasında keçirilən müsabiqəyə yekun vurmuşdur.

Müsabiqəyə 56 video çarx təqdim olunmuşdur. Lənkəran Regional Mədəniyyət İdarəsinin  Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramovun, Astara rayon Təhsil şöbəsi yanında metod kabinetin direktoru Emin Fətəliyevin, Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədovanın iştirakı ilə münsiflər heyəti qalibləri müəyyən etmişdir.

Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova iştirak etmişdir.Müsabiqədə 56 video münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

Qaliblərə Astara rayon Heydər Əliyev Mərkəzinin “Diplom”ları ilə, iştirak edənlərə isə “Fəxri Fərman”larla təltif ediləcəklər.

 

54.3 KB

 

74.3 KB