09.05.2020
9 may tarixdə Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Lənkəran şəhər Həzi Aslanovun ev muzeyində muzeyə virtual səyahət təşkil edilmişdir. Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri Həzi Aslanovun ev muzeyində təşkil olunmuş virtual səyahətdə iştirak etmiş, ev muzeyi haqqında maraqlı məlumatlar aldıqdan sonra məktəbin şagirdlər qəhrəman sərkərdə Həzi Aslanov haqqında tarixi məlumatlar və şeirlər söyləmişlər.