Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lerikdə 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş yığıncaq keçirilmişdir

18.05.2020

18 may 2020-ci il tarixdə Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerikdə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş yığıncaq keçirilmişdir. (Yığıncaqda sosial məsafəni qorumaq şərti ilə keçirilmiş, 10 nəfərdən artıq iştirakçı olmamışdır.)            Yığıncağı giriş sözü ilə Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev açaraq muzey və qalereyaların Azərbaycan xalqının mənəvi dəyərlərinin qorunmasında və milli mədəniyyət nümunələrinin gələcək nəsillərə ötürülməsində böyük rolundan danışmış və muzey, qalereya və muzey tipli müəssisələrin işçilərini təbrik etmişdir.

O, xüsusilə qeyd etmişdir ki, karantin dövründə muzey və qalereya işçiləri həmişəkindən         daha artıq onlayn fəaliyyət göstərmiş və xalqımızı muzey və qalereyalara virtual səyahətə dəvət etmiş, əşya və eksponatları video vasitəsi ilə nümayiş etdirmişlər.

Sonra Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Lerik Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva, Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov, Lerik rayon Mədəniyyət Mərkəzinin direktoru Əliabbas Məlikov və Lerik rayon Tarix-diyarşünaslıq Muzeyinin elmi işçisi Elnura Əzizova öz işləri haqqında məlumat vermiş və həmkarlarını təbrik etmişlər.

MİHİ Lerik rayon Komitəsinin sədri Dilarə Fətullayeva muzey və qalereya işçiləri Elnura Əzizova , Bahar Mürsəliyeva və Cəmşid İbadov Beynəlxalq Muzeylər Günü münasibəti ilə diplom və hədiyyə ilə mükafatlandırmışdır.

Sonra yığıncaq pandemiya ilə əlaqədar (COVİD19) karantin dövründə Lerik rayon mədəniyyət müəssisələrinin koronovirusla mübarizəyə həsr olunmuş onlayn tədbirlərin hesabat-müzakirəsini də keçirmişdir.  Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev  Lerik rayon mədəniyyət müəssisələrinin karantin dövründəki gördüyü işlər barədə məlumat vermiş, koronavirusla mübarizəyə Lerik rayonunun bütün mədəniyyət müəssisələrinin qoşulmasını xüsusilə qeyd etmişdir.

Bütün  işgüzar mədəniyyət işçilərinə təşəkkürünü bildirmiş və xüsusilə seçilən mədəniyyət işçilərinin karantin dövrü tam bitdikdən sonar mükafatlandırılacaqlarını nəzərə çatdırmışdır.  Müzakirələrdə Lerik rayon mədəniyyət müəssisələrinin direktorları da çıxış edərək mədəniyyət işçilərinə bu çətin günlərdə məsuliyyətli olmalarına və gərgin işlədiklərinə görə təşəkkür etmişlər.

 

1.7 MB

 

1.8 MB

 

1.7 MB