Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik rayon nümayəndəliyində yubiley tədbiri keçirilmişdir

04.06.2020

04 iyun 2020-ci il tarixdə Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik rayon  nümayəndəliyində yubiley tədbiri keçirilmişdir. Uzun müddət mədəniyyət sahəsində çalışmış yubilyarlar, Lerik rayon Mədəniyyət Mərkəzinin direktoru Məlikov Əliabbas Əşrəf oğlunun 65 və  Lerik rayon Mədəniyyət Mərkəzinin metodisti Məmmədov İsmayıl Sərxoş oğlunun 60 yaşı qeyd olunmuşdur. (Yubiley tədbiri karantin qaydalarına uyğun olaraq  təşkil olunmuşdur.) Yığıncağı  Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik üzrə nümayəndəsi baş məsləhətçi Müqəddəs Dənziyev açaraq yubilyarları təqdim etmiş, uzun müddət mədəniyyət sahəsində işləmələrini vurğlayaraq, onları təbrik etmişdir. Sonra  MİHİ Lerik rayon Komitəsinin sədri Dilarə Fətullayeva  Əliabbas Məlikov və İsmayıl Məmmədov barəsində  ayrı-ayrılıqda nitq söyləmiş, onların keçdiyi həyat yolu haqqında məlumat vermişdir.
      Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Lerik Dövlət Rəsm Qalereyasının direktoru Mükafat Yaqubov, Lerik rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Sevil Ağayeva, Lerik rayon Uşaq İncəsənət Məktəbinin direktoru Bilal Quliyev,  Lənkəran Regional Mədəniyyət İdarəsinin böyük mühasibi (Lerik rayonu üzrə) Xasay Şəbiyev, Lerik rayon Mədəniyyət Mərkəzinin metodisti  Ruslan Məmmədov yığıncaqda çıxış edərək yubilyarlar haqqında xoş sözlər söyləmişlər.

    Tədbirin sonunda yubilyarlar Lerik rayon mədəniyyət müəssisələrinin kollektivi adından MİHİ Lerik Rayon Komitəsinin Fəxri fərmanları və  hədiyyələr ilə mükafatlandırılmışlar.

 

402.6 KB

 

235.8 KB

 

240.8 KB