Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi öz açıq təlimlərini davam etdirir.

23.07.2020

Regional Mədəniyyət İdarələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət müəsissələrində çalışan əməkdaşlar üçün ixtisasartırma təlimləri bir neçə ay elektron formatda təqdim edilir və Mərkəzin rəsmi “facebook” səhifəsindən yayımlanır. İxtisasartırma təlimlərinin daha səmərəli və əhatəli olması, mədəniyyət müəssisələrində çalışan əməkdaşların təlimlərlə tam əhatə olunması məqsədilə canlı olaraq “Zoom” konfrans tətbiqi vasitəsilə aktual mövzularda təşkil olunmuş təlimlərdə yüzlərlə əməkdaş iştirak edib.

Mədəniyyət mərkəzləri və klub müəssisələrinin 60-dan çox əməkdaşları üçün “Pandemiya dövründə Mədəniyyət mərkəzləri və klub müəssisələrinin fəaliyyət istiqamətləri” mövzusunda növbəti təlim keçirilib.

Şəhər (rayon) Regional Mədəniyyət İdarələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klub müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilmiş virtual təlimdə sahə üzrə ixtisaslı mütəxəssislər müvafiq mövzular üzrə çıxış ediblər. Təlimdə sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri Nailə Rəhimbəyli “Ənənəvi milli mədəniyyətin və xalq yaradıcılığının qorunması və inkişafı” mövzusunu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bibiheybət qəsəbə mədəniyyət evinin bədii rəhbəri Fəridə Babayeva “Pandemiya dövründə mədəniyyət müəssisələrinin fəaliyyətində tədbirlərin təşkili istiqamətləri” mövzusunu, Mərkəzin Təlim-tədris şöbəsinin müdiri Nəzakət Rəhmanova “Böhran vəziyyətlərdə mədəni irsin qorunması problemləri”, Tədris proqramları sektorunun müdiri Aygün Hüseynova “Mədəniyyət müəssisələrinin büdcədənkənar maliyyələşmə istiqamətləri” adlı mövzulara həsr olunmuş təqdimatlarla çıxış ediblər. Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Xafiz Mirzə, Əməkdar mədəniyyət işçisi Səadət Şirinova da Azərbaycanın folklorundan danışıb, mərkəzin əməkdaşı Elnarə Hacıyeva mədəniyyət müəssisələrinin onlayn fəaliyyərindən bəhs edib.

Açıq müzakirələr şəkildə davam edən təlim çərçivəsində mədəniyyət evlərinin fəaliyyətində yeni yanaşmalar, müasir forma və üsullardan istifadə yolları, onların sosial populyarlığı, əməkdaşların peşəkarlığı və digər önəmli mövzular ətrafında müzakirələr aparılıb.

Mərkəzin direktoru Asif Usubəliyev məruzəçilərə və tədbir iştirakçılara öz təşəkkürünü bildirərək, sözügedən istiqamətdə fəaliyyətin davam olunmasının zəruriliyini qeyd edib. Mədəniyyət müəssisələrinin fəaliyyətinin müasirləşməsi məhz orada çalışan əməkdaşların peşə təfəkkürünün müasirləşməsi prosesindən asılı olduğunu bildirən A.Usubəliyev söyləyib ki, cəmiyyətə təqdim olunan mədəni xidmətlər ənənələrin qorunması məqsədinə xidmət etməklə yanaşı, mütləq olaraq öz cəlbediciliyi ilə seçilməlidirlər. Bu səbəbdən bir sıra mədəniyyət müəssislərinin fəaliyyətinin təşkili və planlaşdırılması məsələlərinə məhz iqtisadi münasibətlərin xidmət sektorunda olan müəssisələrdəki kimi yanaşmaq lazımdır.

 

249.5 KB

 

255.4 KB