Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Son 17 ilin uğurları

12.03.2021

Tarix göstərir ki, dövlətin və xalqın bütün sahələrdə uğurlarının əsas səbəbi məhz xalq-dövlət birliyindədir. Bu gün ölkəmizin başçısı möhtərəm İlham Əliyev cənabları böyük və mükəmməl demokratik düşüncə sahibidir. Milli və mənəvi dəyərlərə, əhalinin dini etiqadına, torpağa, Vətənə, millətə olan sevgisi xalq tərəfindən böyük iftixarla qarşılanır. Bu səbəbdən Azərbaycan xalq-dövlət tandemi dünya dövlətləri içərisində nümunə sayılır. Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son 17 illik tarixi bilavasitə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, dünya siyasi liderləri sırasında intellektual potensialına görə xüsusi ilə fərqlənən, böyük nüfuza malik olan cənab İlham Əliyevin adı ilə bağlıdır. Son 17 il ərzində İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan müdrik və şərəfli yol keçmişdir. Azərbaycanın beynelxalq nüfuzu daha da yüksəlmiş, ölkəmiz bütün sahələr üzrə möhtəşəm uğurlara imza atmışdır. Bu gün ölkəmiz inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir.

 

1.4 MB