Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Erməni vandalizminin nəticələri

29.03.2021

Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi. 44 günlük hərbi əməliyyatlar nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni məhv etdi, onu diz çökdürdü, Rəşadətli Ordumuzun qarşısında aciz qalan düşmən çirkin ənənəsinə sadiq qalaraq əhalini və obyektləri atəşə tutdu. Bu, eləcə də beynəlxalq müharibə cinayəti hesab olunurdu. Erməni hərbi birləşmələri bütün vasitələrdən istifadə edərək Azərbaycanı təxribata sürükləməyə çalışdı. Heç bir müharibə qanunlarına riayət etməyərək mülki vətəndaşları atəşə tutur, onların əmlaklarına ziyan vururdular. Vətən müharibəsi zamanı və son 27 il ərzində Ermənistan ölkəmizə vurduğu ziyanın miqdarını bizə və gələcək nəsillərimizə mütləq ödəməli olacaq. Dövlət başçısının davamlı diqqət yetirdiyi məqamlar sırasında mədəniyyət abidələrinə qarşı erməni vəhşiliyi, erməni vandalizmi əsas mövzulardan biridir. Ermənistanın həyata keçirdiyi vəhşiliklər, terror aktları ermənilərin nə dərəcədə anti-humanist hərbi siyasət həyata keçirdiyini bütün dünyaya tanıtdı. “Bununla da Ermənistan Respublikası iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın tələblərini kobud şəkildə pozmuşdur. Demək olar ki, Ermənilər bu gün öz ağılsızlıqlarının və öz cinayətlərinin bəlasını çəkirlər. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə Rəşadətli Ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı.

Möhtərəm Prezident İlham Əliyevin tariximizə adı xilaskar Prezident, Müzəffər Ali Baş Komandan kimi qızıl hərflərlə yazılacaq! Çünki Azərbaycan Ordusunu illərdir ölkədə aparılan uğurlu siyasət nəticəsində Qarabağ uğrunda həlledici döyüşlərə məhz o hazırladı! Əsgərlərimizə zabitə və inamı, da məhz Ali Baş Komandan özü verdi. Bu gün hər bir Azərbaycan vətəndaşı öz Prezidenti və Rəşadətli Azərbaycan Ordusu ilə qürur duyur!

 

53.4 KB

 

81.6 KB