Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən şəhid və qazi ailələrinin ziyarəti davam etdirilir

30.03.2021

27 mart 2021-ci il tarixində Lənkəran Regional Mədəniyyət İdarəsinin kollektivi Lerik rayon Vizəzəmin kəndinin Vətən müharibəsi şəhidi, gizir Ağayev Cəlal Ağaverdi oğlunun məzarını və ailəsini ziyarət etmişlər.  

Şəhid Cəlal Ağayev 1984-cü ildə Lerik rayonunun Kornadi kəndində anadan olmuşdur. 1990-2001-ci illərdə Şəhid Əbülfət Musayev adına Vizəzəmin kənd orta məktəbini bitirmişdir.  2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrdə xidmət etməyə başlamışdır. Nümunəvi hərbi xidmət keçdiyinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan ordusunun 100 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə III dərəcəli medal” ilə təltif edilmişdir.  

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində böyük igidlik göstərmiş, Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə”, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Şəhidin atası Ağaverdi Ağayev hazırda Lerik rayon Vizəzəmin kənd klubunun müdiri vəzifəsində çalışır.

 

860.6 KB

 

673.4 KB

 

674.9 KB