Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən şəhid və qazi ailələrinin ziyarəti davam etdirilir

07.04.2021

7 aprel Lənkəran şəhər Mədəniyyət Mərkəzinin əməkdaşı olmuş şəhid Tural Hümmətovun doğum günüdür. Bu münasibətlə Lənkəran Regional Mədəniyyət İdarəsinin kollektivi şəhidin Tatoba kənd qəbiristanlığındakı məzarını ziyarət etmişdir.

Tural Hümmətov 1998-ci ildə Lənkəran rayonunun Tatoba kəndində anadan olmuşdur. Lənkəran şəhər Mədəniyyət Mərkəzinin komputer kursunun rəhbəri vəzifəsində çalışmışdır.

44 günlük Vətən müharibəsi başlayan zaman Tural Hümmətov könüllü olaraq hərbi xidmətə yola düşmüşdür. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Hadrud qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Tural Hümmətov noyabrın 7-də qəhrəmancasına şəhid olmuşdur. Doğulduğu Tatoba kəndində dəfn edilmişdir.

Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunnmasına görə” medalı ilə təltif edilmişdir.

 

400.1 KB

 

494.9 KB