Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azad olunmuş ərazilərdə yenidənqurma işləri başlanıb

17.07.2021

 

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb və bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə nə dərəcədə böyük önəm verdiyinin bariz nümunəsidir. Azad edilmiş ərazilərdə görülən bütün bərpa işləri dövlətimizin başçısının nəzarətindədir. Bütün məsələlər düşünülmüş, planlı şəkildə, ardıcıllıqla, ən yüksək müasir standartlar nəzərə alınmaqla həyata keçirilir. Dövlətimizin başçısı vurğuladı ki, Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Azad edilmiş torpaqların bərpası ilə bağlı Prezident tərəfindən bir çox önəmli qərarlar qəbul edilib. Dövlətimizin başçısının Sərəncamı ilə həmin ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi üçün Əlaqələndirmə Qərargahı yaradılıb və qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir.

30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır. O bölgələr yenidən qurulacaq, əvvəlki şöhrətini bərpa edəcək. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.

 

659.5 KB