Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov müqəddəs Qurban bayramı mübasibətilə mədəniyyət ictimaiyyətini təbrik etdi.

17.07.2021

Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin inkişafı və əmin-amanlığı üçün dualar edilir.

Azərbaycan müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvin həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət düyğularının təntənəsinə çeviriləcəkdir.

Mübarək gündə bir daha hamınıza ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban Bayramınız Mübarək! 

 

64.9 KB