Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Həzi Aslanovun ev muzeyi

İki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları general mayoru

Həzi Aslanovun ev muzeyi  

Əşyaların sayı:  muzey eksponatlarının ümumi sayı 2012 ədəd, 302 ədəd əsas fond, 1710 ədəd köməkçi fond.

  Ekspozisiya haqqında qısa məlumat:

  Muzeyin aşağidaki nümayiş otaqlari gələn qonaqlarin istifadəsinə verilmişdir:   1. Etnoqrafik otaq, qəhrəmanın doğulub boya başa çatdığı mühiti əks etdirir.2. H.Aslanovun Bakı və Leninqrad hərbi məktəblərində təhsil illəri və    Finlandiya ilə olan müharibədə iştirakı. 3.Moskva və Stalinqrad döyüşlərinə həsr olunmuş. 4. Pribaltika və Belarusiya uğrunda gedən döyüşlərdə iştirakı. 5. Ev muzeyinə verilən hədiyyələr və qəhrəmanın döyüş paltarları.

 

Muzeyin fondunun əsasını  təşkil  edən eksponatlar haqqında qısa  məlumat:

Muzeyin binası bir mərtəbəli açıq eyvanlı həyət evidir. Geniş yaşıllıqlı həyətyanı sahəsi vardır. Muzey eksponatlarının ümumi sayı 2012 ədəddir.  Xatirə əşyalarından qeneralın hərbi geyimi, sırıqlı şalvarı, əl dəsmalı, yorğança, süfrə, məişət əşyaları, 2 boşqab, fincan, üzqırxan tualet dəsti, bıçaq, qaşıq, stolüstü saat, hərbi çanta, çaynik, qəndqabı, yağqabı, 1 ədəd məktub, 2 ədəd teleqram və s. qorunub saxlanılır. H.Aslanovun ev muzeyi 38 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində muzeyi 650 mindən artıq tamaşaçı ziyarət  etmişdir. Muzeyə dünyanın bir çox yerlərindən Amerika, Norvec, Kanada, Fransa, Bolqarıstan, Latviya, Litva, Kuba, Rusiya, Polşa, Türkiyyə, Ukrayna   və s. ölkələrdən qonaqlar gəlmişdir.1985-ci il  faşizm üzərində qələbənin 40   illiyi münasibəti ilə H.Aslanovun ev muzeyi “Hərbi vətənpərvərlik sahəsində    səmərəli işinə görə ”SSSR-i Mədəniyyət Nazirliyinin diplomuna layiq  görülmüşdür. 2010-cu ilin yanvar ayında muzeydə tam rekonstruksiya işləri aparılmış və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni müasir tələblərə cavab verən ekspozisiya qurulmuşdur.  

Ünvan:
Lənkəran şəhəri, İsmət Qayıbov küçəsi 19.
Telefon:

(025) 255-37-20

Fax:

(025) 255-37-20

E-mail:

hezi-aslanov42@mail.ru

 

1.6 MB