Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Astara Dövlət Rəsm Qalereyası

Astara rayon Dövlət Rəsm Qalereyası 1979-cu ildən fəaliyyət göstərir. Qalereya рayon Mədəniyyət evində yerləşir. Burada 7-nəfər işçi çalışır, onlardan 1 nəfəri Ali ixtisas, 1-i orta ixtisas, qalanları isə ümumi orta təhsillidir. Qalereya  fond saxlayan otaqdan sərgi zalından ibarətdir.  Rəsm Qalereyasının fondunda 119 ədəd  ekspanat toplanmışdır. Qalereyada olan eksponatlar janrlar üzrə aşağıdakı kimidir:

          78- ədəd -nəqqaşlıq əsərləri

          33-ədəd  -qrafika əsərləri

          8-ədəd   -heykəltaraşlıq əsərləri.

          Bir qayda olaraq əlamətdar tarixi günlər, yubileylər, əlamətdar hadisələrlə əlaqədar sərgilər, baxış-müsabiqələri, foto-stendlər, montaj  lövhələri, tematik rəsm sərgiləri, Gənc fotoqrafların sərgisi  və s təşkil edilir.

          Yerli rəssamlar rayon Dövlət Rəsm Qalereyasının Fonduna 27 rəsm əsəri hədiyyə etmişlər.      Fəaliyyət göstərdiyi son  illərdə ərzində Astara rayon Dövlət Rəsm Qalereyası bir sıra Beynəlxalq, Ümumrespublika və rayon miqyaslı tədbirlərdə sanballı nəticələr əldə etmişdir.

 1994-cü ildə Novreç Respublikasının Oslo şəhərində keçirilən həvəskar rəssamların  “Ailə” mövzusunda olan əl işlərindən ibarət sərgidə yerli rəssamımız  Quliyev Ümman Müzəffər oğlu diploma laiq görülmüşdür. Həmçinin həvəskar rəssam Quliyev Ümman 2008-ci ilin dekabr ayında Bakı şəhərində keçirilən dəmir üzərində oyma işi üzrə Fəxri Fərmana layiq görülmüşdür.

İmaməliyev Müslüm Əhməd oğlu Misir Ərəb Respublikasında 2008-ci ildə keçirilən “İt mənim dostumdur” adlı keçirilən sərgidə III-cü yeri tutmuşdur.

Zülfüqarova Şaxanım Sirac qızı Bakı və Lənkəran şəhərlərində keçirilən 2009-cu ildə I Ümumrespublika Dekerativ tətbiqi sənət festavalında Diplom və Fəxri fərmanlara laiq görülmüşdür.

2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının  əsərlərində İslami dəyərlər mövzusunda Respublika sərgisində 4 iştirakçı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. 2008-ci ildə  Misir Ərəb Respublikasında “Misir  müasir dünyanın  uşaqların gözü ilə” mövzusunda keçirilən müsabiqədə Rəngkarlıq janrı üzrə bir iştirakçı III-cü  yerə layiq görülərək  Ümumdünya kataloquna düşdü.

          2009-cu ilin oktyabr-dekabr aylarında Lənkəran şəhərində keçirilmiş baxış-sərgilərində iştirak etmək, Çexiyada Lidiсe kəndinin uşaqlarını Alman faşist işğalçıları tərəfindən vəhşicəsinə oldürülməsinə dair xatirə sərgisində 4 əl işlərinin nümayiş etdirilməsi həyata keçirilmişdir.

          2009-cu ildə Lənkəran şəhərində keçirilən dekarativ tətbiqi sənət ustalarının sərgisində 2 rəngkarlıq, 7 toxuma nümayiş olunmuşdur ki, burada da Zülfüqarova Şaxanım Sirac qızı Fəxri Fərmana layiq görülmüşdür.

2010-cu ildə iyun ayında Cəlilabad rayonunda həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının əl işlərindən ibarət keçirilən sərgidə həvəskar və gənc rəssamlarımız da  iştirak etmişdir.

          2011-ci ilin iyulun 4-dən 20-nə kimi Tataristanda keçirilən konfrans sərgi müsabiqəsində əl işləri ilə birlikdə  iştirak etmək üçün Qalereyanın bir nəfər rəssam əməkdaşı tədbirdə iştirak edir.

2012-2013-cü illərdə respublikada keçirilən həvəskar rəssam və tətbiqi sənət ustalarının əl işlərindən ibarət müxtəlif tədbirlərdə iştirak edərək mükafatlar almışlar.

2012-ci ildə Yaponiya Respublikasının himayəsi altında keçirilən 20-ci Dünya uşaq rəsm müsabiqəsində rayon Dövlət Rəsm Qalereyasından 6 yeniyetmənin əsərləri nümayiş etdirilmiş və 01 aprel 2013-cü il tarixdə LE-NO Hikari Cəmiyyətinin Prezidenti adından təşəkkür məktubu alınmışdır.

          Rayon Dövlət Rəsm Qalereyasında aşağıdakı dərnəklər fəaliyyət göstərir:

Rəssamlıq
Tikmə-biçmə
Toxuma (toxuçuluq)

 

Ünvan:
Astara rayon Nizami küç 22
Telefon:

(050) 758-10-68

E-mail:

astaraqalereyasi@mail.ru

 

3.5 MB

 

1.4 MB

 

3.5 MB