Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

M.A.Əliyev adına Lənkəran şəhər Tarix-diyarşünaslıq Muzeyi

Lənkəran Tarix-diyarşunaslıq muzeyi  

 Əşyaların sayı: 6560-eksponat.

Muzeyin aşağidaki nümayiş otaqlari gələn qonaqlarin istifadəsinə verilmişdir: 1. təbiət bölməsi  2. qədim dövr. 3. erkən orta əsrlər. 4. yeni dövr. 5. ən yeni   dövr. 6. müasir dövr.

Fondun əsasını təşkil edən əşyalar haqqında qısa məlumat:

 Lənkəran Tarix-diyarşünasliq muzeyi xalqimizin qədim tarixini əks etdirən əşyalarla zəngindir. Daş dövrünə aid  həvəngdəstə, çəkiclər, sümükdən hazırlanmış  bıçaqlar,  tunc dövrünə aid silahlar və qadin bəzək əşyalari, vii-xii  əsrlərə aid qoç  fiqurlu qəbir daşlari, heç vaxt rəngi solmayan boyali saxsi  qablar çox maraqlidir. 8-9 Əsrlərə aid memarliq abidəsi - Bəlləbur qalasinin  tikinti materiallari nümunələri, qaladan tapilmiş məişət əşyalari xüsusi maraq doğurur. ekspozisiyada nümayiş etdirilən misgərlik nümunələri, əmək və məişət  əşyalari da orta əsrlərə aiddir.

Muzeyin qədim eksponatlarından olan mis manqal xix əsrə aiddir və evi  qizdirmaq üçün istifadə olunurdu. Bu manqal cizma naxişlarla  bəzədilib. Şarli lampalar qizlarin cehiz olub.Gümüşdən hazirlanmiş bəzək əşyalari, kəmər və toqqasi, ətirqabilar  Lənkəran  zərgərlərinin  əl  işləridir.

 

XX əsrin əvvəllərində Lənkəranda açilmiş “Behcət” məktəbinin adi həkk    olunmuş  daş lövhə, həmin məktəbin müəllimlərindən M.A. Əliyev, M. Möhsümzadə, T. Bayraməlibəyov, Mirzə Əbülhəsən, taninmiş generallardan Səmədbəy Mehmandarov, Ibrahim bəy Talişinski, Mirkazim bəy Talişinski və iki dəfə Sovet Ittifaqi qəhrəmani qeneral Həzi Aslanov barədə materiallar nisbətən  yaxin  tariximizin  salnaməsidir.                                  

Ünvan:
Lənkəran şəhəri Ş.Axundov küç. 21
Telefon:

(025) 255-08-29

Fax:

(025) 255-08-29

E-mail:

museum _lankaran24@mail.ru

 

102.3 KB